24/02/2020

"Sumqayıt" - "Keşlə" qarşılaşması 16:00-da start götürəcək


Azərbaycan Premyer Liqasında 19-cu turun oyun cədvəli müəyyənləşib. Belə ki, bu turda keçiriləcək “Sumqayıt” – "Keşlə" oyunu fevralın 29-da "Kapital Bank Arena"da baş tutacaq və 16:00-da start götürəcək. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Bundan başqa, I Divizionun 17-ci turu çərçivəsində keçiriləcək olan MOİK - "Sumqayıt-2" matçı isə fevralın 27-də Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək. Qarşılaşma saat 14:00-da başlayacaq.

Azərbaycan Premyer Liqası, 19-cu tur
29 fevral (şənbə)

“Sumqayıt” – “Keşlə”
“Kapital Bank Arena”, 16:00 (CBC Sport, canlı)

I Divizion, 17-ci tur
27 fevral (cümə axşamı)

MOİK – “Sumqayıt-2”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00