17/02/2020

“Sumqayıt” FK-nın akademiyasından 4 qələbə, 1 heç-heçə, 3 məğlubiyyət


AFFA-nın aşağı yaş qrupları üzrə keçirdiyi liqalarda ötən həftə və həftə sonu növbəti turun oyunları keçirilib. “Sumqayıt” FK-nın akademiyası meydana çıxdığı qarşılaşmalarda 4 qələbə, 1 heç-heçə və 3 məğlubiyyət əldə edib. Qeyd edək ki, U-16, U-15, U-12 və U-10 komandalarımız həftəni qələbə ilə başa vurub. Nəticələri diqqətinizə çatdırırıq:

U-19 Liqası
“Sumqayıt” – “Zirə” 0:0

U-17 Liqası
“Sumqayıt” – “Qarabağ” 0:2

U-16 Liqası
“Sumqayıt” – “Qarabağ” 6:1
Qollar:
Əjdər Hacılı (3), Sənan Ağayev (2), Mübariz Hüseynzadə.

U-15 Liqası
“Sumqayıt” – “Kəpəz” 4:2
Qollar:
Nihad Məmmədov (3), İbrahim Nağıyev.

U-14 Liqası
“Zirə” – “Sumqayıt” 1:0

U-12 Liqası
“Sumqayıt” – “Baku Sporting” 2:1
Qollar:
Pünhan Qasımzadə, Murad Cabbarov.

U-11 Liqası
“Sumqayıt” – “Neftçi” 1:4
Qol:
Pünhan Kərimov.

U-10 Liqası
“Sumqayıt” – “Leon” 3:0
Qollar:
Mirzə Məmmədli (2), İsgəndər Əliyev.