15/02/2020

"Sumqayıt" FK "Sabah"la qarşılaşıb


"Sumqayıt" - "Sabah" 1:2
15 fevral 2020. Saat 17:00. “Kapital Bank Arena”, 1000 tamaşaçı
Baş hakim:
İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Nahid Əliyev
Dördüncü hakim: Fərid Hacıyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sarı vərəqələr: Rəhim Sadıxov, 67 (qeyri-idman hərəkəti); Elvin Cəfərquliyev, 90+3 (hakimin qərarına etiraz) // Mario Marina, 74 (qeyri-idman hərəkəti); Yevgeni Koçuk, 81 (oyunun bərpasının ləngidilməsi); Filip İvanoviç, 90+4 (qeyri-idman hərəkəti); Saşa Stamenkoviç, 90+5 (oyunun bərpasının ləngidilməsi)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Ayxan Abbasov, 42 (hakimin qərarına etiraz)
Qollar: Əmir Ağayev, 90+1 // Şakir Seyidov, 59; Ozan Can Kökcü, 61
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.

“Sumqayıt”
1. Mehdi Cənnətov
3. Vurğun Hüseynov (k)
97. Xəyal Nəcəfov
(50. İlqar Qurbanov, 78)
46. Aleksey İsayev
22. Sərtan Taşqın
(9. Amil Yunanov, 62)
90. Rəhim Sadıxov
10. Əmir Ağayev
70. Mehdi Şərifi
5. Cəmaləddin Xocaniyazov
18. Süleyman Əhmədov
(14. Elvin Bədəlov, 32)
44. Elvin Cəfərquliyev

Ehtiyat oyunçular:
13. Aydın Bayramov
33. Ələkbər Ağayev
2. Rail Məlikov
4. Şəhriyar Əliyev
20. Rüfət Abdullazadə
28. Səbuhi Abdullazadə
30. Nəbi Məmmədov
88. Cavid Quliyev

Baş məşqçi: Ayxan Abbasov

“Sabah”
1. Saşa Stamenkoviç (k)
5. Kərim Diniyev
27. Məqsəd İsayev
17. Məhəmməd Mirzəbəyov
(23. Amadu Diallo, 56)
13. Filip İvanoviç
30. Mario Marina
20. Yevgeni Koçuk
18. Xulio Sezar Rodriqez
26. Ozan Can Kökcü
(10. Cavid İmamverdiyev, 81)
11. Şakir Seyidov
(7. Coşqun Diniyev, 74)
38. Arsen Ağcabəyov

Ehtiyat oyunçular:
71. Dmitro Bezruk
6. Vadim Abdullayev
32. Rəşad Eyyubov
77. Cavid Tağıyev
97. Emil Qasımov
2. Elçin Mustafayev

Baş məşqçi: Jelko Sopiç

Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu turda "Kapital Bank Arena"da "Sabah"la qarşılaşıb. Komandamız 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Qarabağ"ın qonağı olacaq. 23 fevral tarixində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): “Önəmli həftə idi. Xal fərqini artıra bilərdik. Yuxarı pillələrə yaxınlaşmaq şansımız var idi. Rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdik. Arxayınlaşma yox idi. Bir qələbədən sonra arxayınlaşırıqsa, bu, bizim zəifliyimizdi. Bəzi futbolçuların oyunları alınmadı. Hər dəfə yaxşı oynamaq olmur. Çalışacağıq ki, bu oyundan dərs çıxaraq”.