13/02/2020

U-16-dan böyükhesablı qələbə, U-19 heç-heçə edib


AFFA-nın aşağı yaş qrupları üzrə keçirdiyi liqalarda növbəti turun oyunları keçirilib. "Sumqayıt" FK-nın 16 yaşadək futbolçulardan ibarət komandası bu gün "Kapital Bank Arena"nın ehtiyat meydançasında "Qarabağ"lı həmyaşıdları ilə qarşılaşıb. Zahir Əsgərzadənin yetirmələri matçı 6:1 hesablı qələbə ilə bitirib. Əjdər Hacılının het-trik etdiyi oyunda 2 dəfə Sənan Ağayev, 1 dəfə isə Mübariz Hüseynzadə rəqib qapısına yol tapıb.
Bundan başqa, U-19 komandamız da dünən növbəti oyununu keçirib. Vüqar Quliyevin çalışdırdığı komanda "Kapital Bank Arena"nın ehtiyat meydançasında "Zirə"ni qəbul edib. 90 dəqiqənin tamamında qarşılaşmada hesab açılmayıb.

U-19 Liqası
"Sumqayıt" - "Zirə" 0:0

U-16 Liqası
"Sumqayıt" - "Qarabağ" 6:1
Qollar
: Əjdər Hacılı (3), Sənan Ağayev (2), Mübariz Hüseynzadə.