13/02/2020

"Sumqayıt" - "Sabah" qarşılaşmasını İnqilab Məmmədov idarə edəcək


Azərbaycan Premyer Liqasında 17-ci turun hakim təyinatları açıqlanıb. “Sumqayıt” – “Sabah” qarşılaşmasını İnqilab Məmmədov idarə edəcək. Rahil Ramazanov və Nahid Əliyev yan xətlərdə Məmmədova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Fərid Hacıyev olacaq.

Qeyd edək ki, “Sabah” – “Sumqayıt” qarşılaşması 15 fevral, saat 17:00-da “Kapital Bank Arena”da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası, 17-ci tur
15 fevral (şənbə)

“Sumqayıt” – “Sabah”
Hakimlər:
İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Kapital Bank Arena”, 17:00 (CBC Sport, canlı)