10/02/2020

“Sumqayıt” FK 70-ci qələbəsini qazanıb


Premyer Liqanın 16-cı turunda keçirilən “Sumqayıt” – “Zirə” qarşılaşması komandamız üçün əlamətdar olub. Belə ki, bu matç Premyer Liqa tarixində 70-ci qələbəmiz kimi tarixə düşüb. Ayxan Abbasovun yetirmələri bu göstəriciyə Premyer Liqadakı 268-ci matçında çatıb. “Sumqayıt” FK ölkə çempionatları tarixində qazanılan qələbələrin sayına görə 16-cı pilləyə yüksəlib.
Qeyd edək ki, ilk qələbəsini 30 oktyabr 2011-ci il tarixində AZAL üzərində əldə edən komandamız 47 dəfə evdə, 23 dəfə səfərdə qalib gəlib. “Sumqayıt” FK Premyer Liqada 9-cu mövsümündə “70”ə çatıb: 2011/12 – 6, 2012/13 – 9, 2013/14 – 5, 2014/15 – 7, 2015/16 – 9, 2016/17 – 9, 2017/18 – 11, 2018/19 – 8, 2019/20 – 6. (pfl.az)