08/02/2020

"Sumqayıt" FK doğma meydanda "Zirə" üzərində qələbə qazanıb


"Sumqayıt" - "Zirə" 2:1
8 fevral 2020. Saat 17:30. “Kapital Bank Arena”, 800 tamaşaçı
Baş hakim:
Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Nahid Əliyev
Dördüncü hakim: Namiq Bəkirov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Əmir Ağayev, 41 (qeyri-idman hərəkəti); Peyman Babayi, 41 (qeyri-idman hərəkəti) Xəyal Nəcəfov, 53 (qeyri-idman hərəkəti); Süleyman Əhmədov, 90+3 (qeyri-idman hərəkəti) // Adrian Skarlatake, 31 (qeyri-idman hərəkəti); İlkin Muradov, 33, 37 (qeyri-idman hərəkəti); Cavid Hüseynov, 41 (qeyri-idman hərəkəti); Şafik Tiqrudja, 41 (qeyri-idman hərəkəti); Riçard Qadze, 52 (qeyri-idman hərəkəti); Nicat Süleymanov, 84 (qeyri-idman hərəkəti); Anton Corc, 90+4 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqələr: İlkin Muradov, 37; Ağabala Ramazanov, 68 (təcavüzkar davranış)
Qollar: Elvin Cəfərquliyev, 13; Xəyal Nəcəfov, 66 // Ağabala Ramazanov, 35
Artırılan vaxt: I hissədə 6 dəq; II hissədə 4 dəq.

“Sumqayıt”
1. Mehdi Cənnətov
3. Vurğun Hüseynov (k)
97. Xəyal Nəcəfov
(30. Nəbi Məmmədov, 90+1)
46. Aleksey İsayev
22. Sərtan Taşqın
90. Rəhim Sadıxov
10. Əmir Ağayev
(9. Amil Yunanov, 85)
8. Peyman Babayi
(70. Mehdi Şərifi, 60)
5. Camaladdin Xocaniyazov
18. Süleyman Əhmədov
44. Elvin Cəfərquliyev

Ehtiyat oyunçular:
13. Aydın Bayramov
33. Ələkbər Ağayev
2. Rail Məlikov
14. Elvin Bədəlov
50. İlqar Qurbanov
20. Rüfət Abdullazadə
28. Səbuhi Abdullazadə
88. Cavid Quliyev

Baş məşqçi: Ayxan Abbasov

“Zirə”
28. Boyan Zoqoviç
8. İlkin Muradov
88. Tellur Mütəllimov
7. Cavid Hüseynov (k)
10. Ağabala Ramazanov
27. Adrian Skarlatake
43. Riçard Qadze
(6. Alvaro Ampuero, 57)
3. Ali Sisey
18. Anton Corc
11. Davit Volkov
(23. Mfo Kqasvane, 75)
55. Rauf Hüseynli
(70. Nicat Süleymanov, 46)

Ehtiyat oyunçular:
1. Orxan Sadıqlı
62. Abdulla Seyidəhmədov
33. Yovan Krneta
48. Şafik Tiqrudja
25. Miloş Bakraç
20. Əli Şirinov

Baş məşqçi: Zaur Həşimov

Azərbaycn Premyer Liqasında 16-cı turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur "Kapital Bank Arena"da "Zirə"ni qəbul edib. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada komandamız 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, komandamız növbəti turda "Sabah"ı qəbul edəcək. Qarşılaşma 15 fevral, saat 17:00-da "Kapital Bank Arena"da keçiriləcək.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): “Oyuna yaxşı köklənmişdik. Futbolçularımıza azarkeşlərimiz qarşısında 3 xal qazanmaq istədiyimizi demişdik. Onlarda oyun planında inkişafı görürük. Düşünürəm ki, layiqli qələbə qazandıq. Təəssüf ki, yenə də əlimizə düşən şansları qola çevirməkdə çətinlik çəkirik. Nəticədən əlavə, yoxlama matçlarında istədiyimiz oyunu çempionat qarşılaşmalarında göstəririk. Gənclərimiz də inkişaf edir. Bu gün Nəbi Məmmədovun xidmətindən də yararlandıq. Sonda bütün azarkeşlərimizə bizi bu cür soyuq havada tək qoymadığı üçün təşəkkür edirəm".