07/02/2020

"Sumqayıt" FK-nın 3 futbolçusu U-21 millisinə dəvət alıb


Fevralın 9-dan 11-dək Bakıda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq. Hazırlıq prosesinə "Sumqayıt" FK-nın 3 futbolçusu da cəlb olunub. Belə ki, Səbuhi Abdullazadə, Elvin Cəfərquliyev və Süleyman Əhmədov yuxarıda qeyd olunan toplanışda iştirak etmək üçün U-21 millisinə dəvət alıb.