06/02/2020

“Sumqayıt-2” 2-ci dövrənin ilk matçında “Qaradağ Lökbatan” üzərində qələbə qazanıb


I Divizionda 2-ci dövrənin oyunlarına 14-cü turla start verilib. “Sumqayıt” FK-nın əvəzediciləri “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Qaradağ Lökbatan”ı qəbul edib. Zaur Hidayətovun yetirmələri 1:0 hesabı ilə qələbə qazanıb. Komandamızın qolunu Cəlal Cəbrayılov rəqib qapısından keçirib.

I Divizion, XIV tur
“Sumqayıt-2” – “Qaradağ Lökbatan” 1:0
Qol:
Cəlal Cəbrayılov, 90+2.