05/02/2020

"Sumqayıt" FK "Zirə" ilə oyunun hazırlıqlarını davam etdirir


Premyer Liqanın 16-cı turunda "Zirə" ilə qarşılaşacaq olan "Sumqayıt" FK oyunun hazırlıqlarını davam etdirir. Komandamız baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında "Kapital Bank Arena"nın ehtiyat meydançasında bu gün növbəti məşqini keçirib.
Zədəli olan Şəhriyar Əliyev və Vüqar Mustafayev fitness zalında fərdi məşq edib. Təxminən 1.5 saat davam edən hazırlıq prosesində müxtəlif toplu çalışmalar yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, "Sumqayıt" - "Zirə" qarşılaşması 8 fevral, saat 17:30-da "Kapital Bank Arena"da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.