05/02/2020

"Sumqayıt" - "Zirə" qarşılaşmasını Orxan Məmmədov idarə edəcək


Azərbaycan Premyer Liqasında 16-cı turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Sumqayıt" - "Zirə" qarşılaşmasını Orxan Məmmədov idarə edəcək. Pərvin Talıbov və Nahid Əliyev yan xətlərdə Məmmədova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Namiq Bəkirov olacaq.
Bundan başqa, I Divizionun 14-cü turu çərçivəsində keçiriləcək olan "Sumqayıt-2" - "Qaradağ Lökbatan" qarşılaşmasını isə Rauf Allahverdiyev idarə edəcək.
Qeyd edək ki, "Sumqayıt" – “Zirə” qarşılaşması 8 fevral, saat 17:30-da "Kapital Bank Arena"da, "Sumqayıt-2" - "Qaradağ Lökbatan" qarşılaşması isə 6 fevral, saat 14:00-da "Kapital Bank Arena"nın ehtiyat meydançasında keçiriləcək.

Azərbaycan Premyer Liqası, 16-cı tur
8 fevral (şənbə)

“Sumqayıt” – “Zirə”
Hakimlər:
Orxan Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Kapital Bank Arena”, 17:30 (CBC Sport, canlı)

I Divizion, 14-cü tur
6 fevral (cümə axşamı)

“Sumqayıt-2” – “Qaradağ Lökbatan”
Hakimlər:
Rauf Allahverdiyev, Mübariz Haşımov, Teymur Teymurov, İnqilab Məmmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Kapital Bank Arena” (ehtiyat meydança), 14:00