03/02/2020

"Sumqayıt" - "Zirə" qarşılaşması 17:30-da start götürəcək


Azərbaycan Premyer Liqasında 16-cı turun oyun cədvəli müəyyənləşib. Belə ki, bu turda keçiriləcək “Sumqayıt” – "Zirə" oyunu fevralın 8-də "Kapital Bank Arena"da baş tutacaq və 17:30-da start götürəcək. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Bundan başqa, I Divizionun 14-cü turu çərçivəsində keçiriləcək olan “Sumqayıt-2” – “Qaradağ Lökbatan” matçı isə fevralın 6-da "Kapital Bank Arena"nın ehtiyat meydançasında keçiriləcək. Qarşılaşma saat 14:00-da başlayacaq.

Azərbaycan Premyer Liqası, 16-cı tur
8 fevral (şənbə)

“Sumqayıt” – “Zirə”
“Kapital Bank Arena”, 17:30 (CBC Sport, canlı)


I Divizion, 14-cü tur
6 fevral (cümə axşamı)

“Sumqayıt-2” – “Qaradağ Lökbatan”
“Kapital Bank Arena” (ehtiyat meydança), 14:00