01/02/2020

"Sumqayıt" FK "Neftçi" ilə heç-heçə edib


"Neftçi" - "Sumqayıt" 1:1
1 fevral, 2020. Saat 17:30. “Bakcell Arena”, 850 tamaşaçı
Baş hakim:
Kamal Umudlu
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Cavanşir Yusifov
Dördüncü hakim: Namiq Bəkirov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Sarı vərəqələr: Stiven Monroz, 12 (qeyri-idman hərəkəti), Saman Nərimancahan, 30 (qeyri-idman hərəkəti); Anton Krivotsyuk, 65 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Voislav Stankoviç, 41 (rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə)
Qollar: Baqali Dabo, 72 // Rəhim Sadıxov, 43
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 5 dəq.

“Neftçi”
1. Səlahət Ağayev
7. Namiq Ələsgərov
8. Emin Mahmudov (k)
(17. Rəhman Hacıyev, 68)
93. Soni Mustivar
11. Evangelos Platellas
(3. Mamadu Mbodj, 45+2)
6. Voyislav Stankoviç
28. Stiven Monroz
(9. Baqali Dabo, 58)
77. Donald Qerye
88. Saman Nərimancahan
5. Anton Krivotsyuk
26. Ömər Buludov

Ehtiyat oyunçular:
30. Aqil Məmmədov
12. Kamran İbrahimov
18. Tural Axundov
10. Dario Frederiko
36. Mamadu Kane
55. İbrahim Əliyev
33. Turan Vəlizadə
80. İsmayıl Zülfüqarlı

Baş məşqçi: Füzuli Məmmədov

“Sumqayıt”
1. Mehdi Cənnətov
3. Vurğun Hüseynov (k)
97. Xəyal Nəcəfov
(28. Səbuhi Abdullazadə, 87)
46. Aleksey İsayev
22. Sərtan Taşqın
90. Rəhim Sadıxov
(8. Peyman Babayi, 80)
10. Əmir Ağayev
70. Mehdi Şərifi
(9. Amil Yunanov, 72)
5. Cəmaləddin Xocaniyazov
18. Süleyman Əhmədov
44. Elvin Cəfərquliyev

Ehtiyat oyunçular:
13. Aydın Bayramov
33. Ələkbər Ağayev
2. Rail Məlikov
14. Elvin Bədəlov
50. İlqar Qurbanov
20. Rüfət Abdullazadə
30. Nəbi Məmmədov
88. Cavid Quliyev

Baş məşqçi: Ayxan Abbasov

Azərbaycan Premyer Liqasında 3-cü dövrəyə 15-ci turun oyunları ilə start verilib. "Sumqayıt" FK 2020-ci ilin ilk oyununda "Bakcell Arena"da "Neftçi" ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb.
Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Zirə" ilə qarşılaşacaq. 8 fevral tarixində "Kapital Bank Arena"da keçiriləcək matç saat 17:30-da start götürəcək.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Qış fasiləsindən sonra ilk oyun həmişə çətin olur. Futbolçuların əzmkarlığı bizi qane etdi. İstədiyimiz qolu vurduq. Rəqib də azlıqda idi. Amma fasilədən sonra gözlədiyimiz başımıza gəldi. Ələ düşən imkanlardan istifadə edə bilmədik. Bu gün iki xal itirdik. Buna baxmayaraq, komandanın əzmkarlığı məni sevindirdi".