31/01/2020

"Neftçi" - "Sumqayıt" qarşılaşmasını Kamal Umudlu idarə edəcək


Azərbaycan Premyer Liqasında 15-ci turun hakim təyinatları açıqlanıb. "Neftçi" - "Sumqayıt" qarşılaşmasını Kamal Umudlu idarə edəcək. Mübariz Haşımov və Cavanşir Yusifov yan xətlərdə Umudluya kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Namiq Bəkirov olacaq.

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" qarşılaşması 1 fevral, saat 17:30-da "Bakcell Arena"da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası, 15-ci tur
1 fevral (şənbə)

“Neftçi” –“ Sumqayıt”
Hakimlər:
Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Namiq Bəkirov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bakcell Arena”, 17:30 (CBC Sport, canlı)