30/01/2020

“Sumqayıt-2” yoxlama oyununda “Qarabağ-2”-ni məğlub edib


I Divizionun ikinci dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” FK-nın əvəzediciləri bu gün sonuncu yoxlama oyununu keçirib. Zaur Hidayətovun yetirmələri “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Qarabağ-2”-ni qəbul edib. Komandamız 4:3 hesablı qələbə qazanıb.
Qeyd edək ki, “Sumqayıt” FK-nın əvəzediciləri bununla da təlim-məşq toplanışını başa vurub. Komandamız 6 fevral, saat 14:00-da I Divizionun 14-cü turu çərçivəsində evdə “Qaradağ Lökbatan”la qarşılaşacaq.

Yoxlama oyunu
“Sumqayıt-2” – “Qarabağ-2” 4:3
Qollar:
Fuad Bayramov, Nurlan Quliyev, Cavidan Abbaszadə, Tahir Zeynalov.