28/01/2020

“Sumqayıt” FK “Neftçi” ilə oyunun hazırlıqlarına start verib


26 yanvar tarixində Türkiyə toplanışını başa vuraraq, Vətənə geri qayıdan “Sumqayıt” FK 2 günlük istirahətin ardından “Neftçi” ilə oyunun hazırlıqlarına start verib. Ayxan Abbasovun yetirmələri saat 13:30-da “Kapital Bank Arena”da məşqə çıxıb. Şəhriyar Əliyev və Vüqar Mustafayev zədə səbəbindən məşqdə iştirak etməyib.
Məşqin ilk 30 dəqiqəsində fitness zalında fiziki gücün artırılması yönündə hazırlıqlar olub. Daha sonra isə meydançada müxtəlif toplu çalışmalar həyata keçirilib.
Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” qarşılaşması 1 fevral, saat 17:30-da “Bakcell Arena”da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.