27/01/2020

“Sumqayıt” FK-nın akademiyasından 3 qələbə, 1 məğlubiyyət


AFFA-nın aşağı yaş qrupları üzrə keçirdiyi liqalarda ötən həftə ikinci dövrəyə start verilib. “Sumqayıt” FK-nın 4 yaş qrupu artıq ilk oyunlarını keçirib. Oynanılmış matçlarda komandalarımız 3 qələbə və 1 məğlubiyyət əldə edib. Qeyd edək ki, U-14, U-13 və U-12 komandalarımız turu qələbə ilə başa vurub. Nəticələri diqqətinizə çatdırırıq:

U-14 Liqası
“Sumqayıt” – “Neftçi” İK 1:0
Qol:
Aqil Hüseynzadə.

U-13 Liqası
“Sumqayıt” – “İsgəndər Cavadov” BFA 9:0
Qollar:
Vüsal Paşayev (2), Nahid İbayev, Dilavər Verdiyev, Əli Qurbanov, Kazım Zülfüqarlı, Əli Əhmədov, Şükür Cəfərli, Aftandil Arixov.

U-12 Liqası
“Sumqayıt” – 8 №-li İOEUGİM 9:0
Qollar:
Əli Əhmədov (4), Nurlan Zeynallı (3), Pünhan Qasımzadə (2).

U-10 Liqası
“Sumqayıt” – “Gənclik” İK 1:3
Qol:
Amin Cəlilov.