25/01/2020

“Sumqayıt” FK Antalya toplanışını qələbə ilə başa vurub


Yoxlama oyunu
“Sumqayıt” – “Şaxtyor Karaqanda” 4:2
25 yanvar 2020. Saat 18:00. “Titanic” otelinin stadionu, Antalya, Türkiyə
Qollar:
Əmir Ağayev, 28; Amil Yunanov, 49; 62; Rəhim Sadıxov, 59 – Jan Ali Payruz, 3; Donjet Şkodra, 30.

“Sumqayıt” FK
13. Aydın Bayramov
4. Şəhriyar Əliyev (k)
5. Cəmaləddin Xocaniyazov
10. Əmir Ağayev
18. Süleyman Əhmədov
22. Sərtan Taşqın
44. Elvin Cəfərquliyev
46. Aleksey İsayev
70. Mehdi Şərifi
90. Rəhim Sadıxov
97. Xəyal Nəcəfov

Meydana sonradan daxil olanlar:
2. Rail Məlikov
3. Vurğun Hüseynov
8. Peyman Babayi
9. Amil Yunanov
14. Elvin Bədəlov
20. Rüfət Abdullazadə
28. Səbuhi Abdullazadə
30. Nəbi Məmmədov
50. İlqar Qurbanov
88. Cavid Quliyev

Baş məşqçi: Ayxan Abbasov

Çempionatın üçüncü dövrəsi üçün təlim-məşq toplanışını Türkiyədə keçirən “Sumqayıt” FK bu gün qonşu ölkədə son yoxlama oyununu keçirib. Komandamız Qazaxıstan təmsilçisi “Şaxtyor Karaqanda” ilə qarşılaşıb. Bələk bölgəsindəki “Titanic” otelinin stadionunda keçirilən qarşılaşmada komandamız 4:2 hesabı ilə qalib gəlib.
Bununla da, “Sumqayıt” FK mövsümün ikinci yarısı üçün planlaşdırılmış təlim-məşq toplanışını başa vurub. Toplanış çərçivəsində 4 yoxlama oyunu keçirən Ayxan Abbasovun yetirmələri həmin matçlarda 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət əldə edib. Komandamız ilk oyununda Macarıstan təmsilçisi “Kaposvar”la qarşılaşıb (3:4). Daha sonra isə Rumıniya təmsilçisi “Politexnika İaşi” (1:1) və Polşa təmsilçisi “Arka” ilə (1:0) oyunlar keçirən komandamız son yoxlama oyununda Karaqanda “Şaxtyor”unu 4:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Sumqayıt” FK sabah günorta saatlarında Vətənə qayıdacaq. Daha sonra isə, “Kapital Bank Arena”da Premyer Liqanın 15-ci turu çərçivəsində 1 fevral tarixində keçiriləcək olan “Neftçi” ilə qarşılaşmanın hazırlıqlarına başlayacaq.