24/01/2020

"Sumqayıt" FK Antalyada sonuncu yoxlama oyununu keçirəcək


Mövsümün ikinci yarısı üçün hazırlıqlarını Türkiyədə davam etdirən “Sumqayıt” FK sabah qonşu ölkədə sonuncu yoxlama oyununu keçirəcək. Ayxan Abbasovun yetirmələri Qazaxıstan təmsilçisi “Şaxtyor Karaqanda” ilə qarşılaşacaq. Bələk bölgəsində yerləşən “Titanic” otelinin stadionunda keçiriləcək matç yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) start götürəcək.