24/01/2020

"Sumqayıt" FK Antalyada bu gün sonuncu məşqini keçirib


Mövsümün ikinci yarısı üçün hazırlıqlarını Antalyada keçirən "Sumqayıt" FK bu gün qonşu ölkədə son məşqini keçirib. Komandamız günü bir məşqlə başa vurub. Təxminən 1 saat 20 dəqiqəyə yaxın davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib.
Qeyd edək ki, "Sumqayıt" FK sabah Türkiyədə son yoxlama oyununa çıxacaq. Ayxan Abbasovun yetirmələri Qazaxıstan təmsilçisi "Şaxtyor Karaqanda" ilə qarşılaşacaq. Bununla da təlim-məşq toplanışını başa vuracaq olan komandamız yanvarın 26-sı səhər saatlarında Vətənə qayıdacaq.