23/01/2020

Zaur Hidayətov: “Ağır yüklü məşqlərdən sonra komandanın göstərdiyi oyun məni sevindirdi”


“Sumqayıt-2”-nin İranın aşağı liqa təmsilçisi “Rekord”la keçirdiyi yoxlama oyunundan sonra komandanın baş məşqçisi Zaur Hidayətov oyun və komandanın təlim-məşq toplanışı barədə fikirlərini bildirib: “Yoxlama görüşü olsa da, oyun qarşılıqlı mübarizə şəraitində keçdi. Komandanın göstərdiyi oyundan razı qaldım. Hər hissədə fərqli heyətlə oynadıq ki, bütün oyunçuların meydanda nəyə qadir olduqlarını görə bilək.
Ayın 8-dən təlim-məşq toplanışına başlamışıq. Klub tərəfindən toplanış üçün şərait yaradılıb. Bildiyiniz kimi, artıq ikinci yoxlama oyunumuzu keçirdik. 2 günlük istirahətdən sonra yenidən məşqləri bərpa edəcəyik. Ayın 30-da isə “Qarabağ”ın əvəzediciləri ilə oyunu planlaşdırırıq”
.