23/01/2020

"Sumqayıt-2" növbəti yoxlama oyununu keçirib


I Divizionun 2-ci dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” FK növbəti yoxlama oyununu keçirib. Zaur Hidayətovun yetirmələri “Kapital Bank Arena”nın ehtiyat meydançasında İranın aşağı liqa təmsilçisi “Rekord” komandası ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Sumqayıt-2”-nin qolunu Nurlan Quliyev rəqib qapısından keçirib.

Yoxlama oyunu
“Sumqayıt-2” – “Rekord” (İran) 1:1
Qol:
Nurlan Quliyev.