19/01/2020

"Sumqayıt" FK bərpa məşqini keçirib


Mövsümün 2-ci yarısı üçün hazırlıqlarını Antalyada davam etdirən "Sumqayıt" FK təlim-məşq toplanışının 8-ci gününü bir məşq ilə başa vurub. "Politexnika İaşi" ilə yoxlama oyunundan sonra bərpa xarakteri daşıyan məşq prosesi 1 saat davam edib. Vüqar Mustafayevin zədə səbəbindən buraxdığı hazırlıq prosesini Şəhriyar Əliyev və Cəmaləddin Xocaniyazov isə fərdi məşqlə başa vurub.
Qeyd edək ki, "Sumqayıt" FK sabah iki məşq keçirəcək.