16/01/2020

"Sumqayıt" Futbol Akademiyasının məşqçilərinə təlimlər keçirilir


“Sumqayıt” Futbol Akademiyasında 2-ci dövrənin hazırlıqları davam edir. Aşağı yaş qruplarının məşqləri ilə yanaşı məşqçilərin texniki-taktiki biliklərinin artırılması yönündə təlimlər də keçirilir. Belə ki, məşqçilərimiz hər gün 2 saat olmaqla akademiyanın direktoru Hakan Sünal tərəfindən hazırlanmış xüsusi proqram əsasında keçirilən təlimlərdə iştirak edirlər.