16/01/2020

“Sumqayıt-2” ilk yoxlama oyununda “Tufan”ı məğlub edib


I Divizionun 2-ci dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” FK-nın əvəzedici komandası bu gün ilk yoxlama oyununu keçirib. Zaur Hidayətovun yetirmələri “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Tufan”ın U-19 komandası ilə qarşılaşıb. Komandamız 2:0 hesabı ilə qələbə qazanıb. “Sumqayıt-2”-nin qollarını Fərhad Salamzadə və Elnur Cəfərov rəqib qapısından keçirib.

Yoxlama oyunu
“Sumqayıt-2” – “Tufan” 2:0
Qollar:
Fərhad Salamzadə, Elnur Cəfərov.