14/01/2020

“Sumqayıt” FK ilk yoxlama oyununda “Kaposvar” ilə qarşılaşıb


Yoxlama oyunu
“Sumqayıt” – “Kaposvar” 3:4
14.01.2020. Saat 16:00. “Miracle” otelinin stadionu, Antalya, Türkiyə
Hakimlər:
Ali Kaplan, Uğur Gök, Hakan Özel
Qollar: Mehdi Şərifi, 14; Xəyal Nəcəfov, 68; Amil Yunanov, 76 – Martin Ádám, 32; Richard Nagy, 49; Zsolt Balázs, 51; 89.

“Sumqayıt” FK
13. Aydın Bayramov
3. Vurğun Hüseynov (k)
4. Şəhriyar Əliyev
5. Cəmaləddin Xocaniyazov
6. Vüqar Mustafayev
10. Əmir Ağayev
18. Süleyman Əhmədov
44. Elvin Cəfərquliyev
46. Aleksey İsayev
70. Mehdi Şərifi
90. Rəhim Sadıxov

Meydana sonradan daxil olanlar:
1. Mehdi Cənnətov
2 Rail Məlikov
8. Peyman Babayi
9. Amil Yunanov
14. Elvin Bədəlov
20. Rüfət Abdullazadə
22. Sərtan Taşqın
28. Səbuhi Abdullazadə
30. Nəbi Məmmədov
50. İlqar Qurbanov
88. Cavid Quliyev
97. Xəyal Nəcəfov

Baş məşqçi: Ayxan Abbasov

Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Sumqayıt” FK bu gün ilk yoxlama oyununu keçirib. Ayxan Abbasovun yetirmələri Macarıstan təmsilçisi “Kaposvar”la qarşılaşıb. “Miracle” otelinin stadionunda keçirilən oyunda komandamız 3:4 hesabı ilə məğlub olub.

Ayxan Abbasov (“Sumqayıt” FK-nın baş məşqçisi): “Antalya toplanışında bu gün ilk oyunumuzu keçirdik. Uşaqları istədiyimdən də yaxşı gördüm. Hər hissədə fərqli heyətlə oynadıq. Ümumilikdə futbolçuların hərəkətli olmaları məni sevindirdi. Verilən tapşırıqları səhvsiz yerinə yetirməyə çalışdılar. Vurduğumuz 3 qol üçün nə qədər sevindiksə, buraxdığımız toplara da bir o qədər məyus olduq. Qarşıdakı oyunlarda daha da diqqətli olub, bu oyunda etdiyimiz səhvləri təkrarlamamalıyıq”.