13/01/2020

"Sumqayıt" FK Antalyada hazırlıqlarını davam etdirir


“Sumqayıt” FK Antalya toplanışının ikinci günündə bu gün üçün nəzərdə tutulan ilk məşqini keçirib. 1.5 saat davam edən məşqin ilk 30 dəqiqəsi fiziki hazırlıq üzrə keçib. Geridə qalan hissədə isə topla müxtəlif hərəkətlər üzərində çalışılıb.
Qeyd edək ki, komandamız Antalya toplanışının ikinci gününü yerli vaxtla saat 17:00-da keçiriləcək axşam məşqi ilə başa vuracaq.