13/01/2020

"Sumqayıt" FK "Kaposvar"la yoxlama oyunu keçirəcək


Mövsümün ikinci yarısı üçün Antalyada hazırlıqlarını davam etdirən “Sumqayıt” FK sabah ilk yoxlama oyununu keçirəcək. Komandamız Macarıstanın “Kaposvar” klubu ilə üz-üzə gələcək. Bələk bölgəsindəki “Topkapı” otelinin stadionunda baş tutacaq qarşılaşma yerli vaxtla 15:30-da (Bakı vaxtı ilə 16:30) start götürəcək.