12/01/2020

"Sumqayıt" FK Antalyada ilk məşqini keçirib


Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlarını Antalyada davam etdirən "Sumqayıt" FK qonşu ölkədə ilk məşqini keçirib. Yerli vaxtla saat 17:00-da başlayan məşq təxminən 1.5 saat davam edib. U-21 millimizin baş məşqçisi Milan Obradoviç də məşqi izləyənlər arasında olub.
Qeyd edək ki, komandamız sabah səhər və axşam olmaqla 2 dəfə məşq keçəcək.