12/01/2020

"Sumqayıt" FK Antalyaya yollanıb


"Sumqayıt" Futbol Klubu təlim-məşq toplanışının növbəti mərhələsini Antalya şəhərində keçirmək üçün bu gün Türkiyəyə yola düşüb. Saat 07:55-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Antalyaya yollanan komandamız "Aska Resort" hotelində məşkunlaşıb.
Qeyd edək ki, “Sumqayıt” FK qonşu ölkədə olduğu müddətdə 4 yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 14-də Macarıstanın "Kaposvar", 17-də Rumıniyanın "Politexnika İaşi", 21-də isə Polşanın "Arka" klubları ilə qarşılaşacaq. 4-cü rəqibin kimliyi ilə bağlı məlumat veriləcək.