09/01/2020

"Sumqayıt" FK-nın qış hazırlığı haqqında məlumat


"Sumqayıt" Futbol Klubu artıq yanvarın 3-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verib. Komandamız baş məşqçi Ayxan Abbasovun planına əsasən, hazırlığın ilk hissəsini yanvarın 10-dək ölkə daxilində keçəcək.
"Sumqayıt" FK hazırlığın ikinci mərhələsini isə yanvarın 12-dən 26-dək Türkiyədə davam etdirəcək. Təlim-məşq toplanışını Antalyanın Lara bölgəsində keçəcək komandamız "Aska Resort" hotelində məskunlaşacaq.
"Sumqayıt" FK qonşu ölkədə 3 yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 14-də Macarıstanın "Kaposvar", 17-də Rumıniyanın "Politexnika İaşi", 21-də isə Polşanın "Arka" klubları ilə qarşılaşacaq.