20/12/2019

"Sumqayıt" FK Azərbaycan Kubokunda yarımfinal mərhələsinə vəsiqə qazanıb


Azərbaycan Kuboku, 1/4 final (cavab oyunu)
"Sumqayıt" - "Neftçi" 0:0 (ilk oyun 1:0)
20 dekabr 2019. Saat 17:00. “Kapital Bank Arena”, 1500 tamaşaçı
Baş hakim:
Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Vüqar Bayramov
Dördüncü hakim: Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Elvin Cəfərquliyev, 69 (qeyri-idman hərəkəti) // Ömər Buludov, 21 (qeyri-idman hərəkəti); Emin Mahmudov, 75 (qeyri-idman hərəkəti); Baqali Dabo, 82 (qeyri-idman hərəkəti); Soni Mustivar, 90+4 (hakimin qərarına etiraz)
Qol: yoxdur
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.

“Sumqayıt”
1. Mehdi Cənnətov
97. Xəyal Nəcəfov
4. Şəhriyar Əliyev (k)
14. Elvin Bədəlov
22. Sərtan Taşqın
6. Vüqar Mustafayev
90. Rəhim Sadıxov
(3. Vurğun Hüseynov, 82)
10. Əmir Ağayev
8. Peyman Babayi
(70. Mehdi Şərifi, 65)
5. Camaladdin Xocaniyazov
44. Elvin Cəfərquliyev
(18. Süleyman Əhmədov, 86)

Ehtiyat oyunçular:
13. Aydın Bayramov
2. Rail Məlikov
7. Ehtiram Şahverdiyev
11. Elgün Nəbiyev
9. Amil Yunanov
50. İlqar Qurbanov
17. Murad Xaçayev
20. Rüfət Abdullazadə
28. Səbuhi Abdullazadə

Baş məşqçi: Ayxan Abbasov

“Neftçi”
1. Səlahət Ağayev
8. Emin Mahmudov (k)
(7. Namiq Ələsgərov, 75)
18. Tural Axundov
(17. Rəhman Hacıyev, 86)
93. Soni Mustivar
9. Baqali Dabo
(10. Dario Frederiko, 82)
3. Mamadu Mbodj
36. Mamadu Kane
6. Voyislav Stankoviç
28. Stiven Monroz
5. Anton Krivotsyuk
26. Ömər Buludov

Ehtiyat oyunçular:
30. Aqil Məmmədov
12. Kamran İbrahimov
19. Rauf Əliyev
11. Evangelos Platellas
77. Donald Qerye
33. Turan Vəlizadə
80. İsmayıl Zülfüqarlı

Baş məşqçi: Roberto Bordin

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. "Sumqayıt" FK "Kapital Bank Arena"da "Neftçi"ni qəbul edib. 90 dəqiqənin tamamında qapılara qol vurulmayıb (0:0).
Beləliklə, "Sumqayıt" FK iki oyunun nəticəsinə əsasən 1:0 hesabı ilə qələbə qazanaraq, Azərbaycan Kubokunun yarımfinal mərhələsinə vəsiqə qazanıb. Ayxan Abbasovun yetirmələri bu mərhələdə "Qarabağ" - "Keşlə" cütünün qalibi ilə qarşılaşacaq.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Yarımfinala çıxmaq sevindiricidir. "Neftçi"ni keçmək ikiqat sevindiricidir. Uşaqlara təşəkkür edirəm. Futbolçular taktiki tapşırıqları yerinə yetirdikləri üçün sevinirəm. Ötən il də "Neftçi"ni kubokda keçmişdik, bu dəfə də bacardıq. "Qarabağ" və ya "Keşlə" - hansı olsa, yarımfinalda döyüşəcəyik".