18/12/2019

"Sumqayıt" - "Neftçi" qarşılaşmasını Rəvan Həmzəzadə idarə edəcək


Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının hakim təyinatları müəyyənləşib. "Sumqayıt" - "Neftçi" qarşılaşmasını Rəvan Həmzəzadə idarə edəcək. Vüqar Bayramov və Cəmil Quliyev yan xətlərdə Həmzəzadəyə kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Rəşad Əhmədov olacaq.

Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" qarşılaşması 20 dekabr, saat 17:00-da "Kapital Bank Arena"da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Azərbaycan Kuboku, 1/4 final (cavab oyunu)
20 dekabr (cümə)
“Sumqayıt” – “Neftçi”
Hakimlər:
Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“Kapital Bank Arena”, 17:00 (CBC Sport, canlı)