16/12/2019

"Sumqayıt" FK 1/4 finalın ilk oyununda "Neftçi" üzərində qələbə qazanıb


Azərbaycan Kuboku, 1/4 final (ilk oyun)
"Neftçi" - "Sumqayıt" 0:1
16 dekabr 2019. Saat 18:00. “Bakcell Arena”, 550 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: Mamadu Kane, 25 (qeyri-idman hərəkəti); Dario Frederiko, 52 (hakimin qərarına etiraz); Anton Krivotsyuk, 90+2 (qeyri-idman hərəkəti) // Peyman Babayi, 35 (qeyri-idman hərəkəti); Mehdi Cənnətov, 87 (oyunun bərpasını ləngitdiyinə görə)
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Roberto Bordin, 85 (hakimin qərarına etiraz) // Ayxan Abbasov, 90+3 (texniki zona qaydalarını pozduğuna görə)
Qol: Rəhim Sadıxov, 49
Artırılan vaxt: I hissədə 3 dəq.; II hissədə 4 dəq.

“Neftçi”
1. Səlahət Ağayev (k)
17. Rəhman Hacıyev
(9. Baqali Dabo, 55)
7. Namiq Ələsgərov
18. Tural Axundov
93. Soni Mustivar
10. Dario Frederiko
(11. Evangelos Platellas, 75)
36. Mamadu Kane
6. Voyislav Stankoviç
28. Stiven Monroz
77. Donald Qerye
(26. Ömər Buludov, 55)
5. Anton Krivotsyuk

Ehtiyat oyunçular:
30. Aqil Məmmədov
12. Kamran İbrahimov
8. Emin Mahmudov
19. Rauf Əliyev
3. Mamadu Mbodj
33. Turan Vəlizadə
80. İsmayıl Zülfüqarlı
56. Elton Əlibəyli
Baş məşqçi: Roberto Bordin

“Sumqayıt”
1. Mehdi Cənnətov
46. Aleksey İsayev
(3. Vurğun Hüseynov, 90+2)
4. Şəhriyar Əliyev (k)
14. Elvin Bədəlov
22. Sərtan Taşqın
6. Vüqar Mustafayev
90. Rəhim Sadıxov
(70. Mehdi Şərifi, 77)
10. Əmir Ağayev
8. Peyman Babayi
(18. Süleyman Əhmədov, 85)
5. Cəmaləddin Xocaniyazov
44. Elvin Cəfərquliyev

Ehtiyat oyunçular:
13. Aydın Bayramov
97. Xəyal Nəcəfov
2. Rail Məlikov
7. Ehtiram Şahverdiyev
11. Elgün Nəbiyev
9. Amil Yunanov
50. İlqar Qurbanov
17. Murad Xaçayev
20. Rüfət Abdullazadə

Baş məşqçi: Ayxan Abbasov

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. "Sumqayıt" FK ilk qarşılaşmanı səfərdə "Neftçi"yə qarşı keçirib. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada komandamız minimal hesablı qələbə qazanıb (1:0).
Qeyd edək ki, tərəflər arasındakı cavab oyunu dekabrın 20-də "Kapital Bank Arena"da keçiriləcək.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): ""Neftçi"nin gücü bəllidir, geniş heyəti var. Biz də çalışdıq oyunu düzgün analiz edək. Hesabdan önəmli futbolçuların taktiki tapşırıqları yaxşı yerinə yetirmələridir. Daha öncə də demişik - vuruşacağıq. Bütün oyunlarda var gücümüzü ortaya qoyacağıq. Bu gün əlimizdə olan futbolçular bizi qane edir. Hamısına inanırıq. Şansların bərabər olduğunu düşünürəm. Komandamızın gələcək üçün potensialı var. Səbrli olsaq, yaxşı yerlərdə ola bilərik".