05/09/2011

U-17 komandamız “Qarabağ”la qarşılaşacaq


Yeni mövsümün hazırlığını davam etdirən “Sumqayıt Şəhər” klubunun 17 yaşadək futbolçulardan ibarət komandası növbəti yoxlama oyununu keçirəcək. Ötən həftə “Qaradağı”lı həmyaşıdlarını 3:2 hesabı ilə məğlubiyyətə uğradan Tağı Məmmədovun yetirmələri sabah saat 19:00-da “Sərhədçi” Olimpiya İdman Kompleksinin meydançasında “Qarabağ”la üz-üzə gələcək.