20/04/2012

Əvəzedicilər böyükhesablı qələbə qazanıb


Əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatında növbəti turun oyunları arxada qalıb. “Sumqayıt" Futbol Klubunun əvəzedici komandası Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Rəvan”ı 4:1 hesabı ilə məğlub edib. Komandamızdan qolları Aydın Qasımov, Aqşin Muxtaroğlu və Ruslan Nəsirli (2 qol) vurub. “Rəvan”dan isə Amid Hüseynov fərqlənib.

Sumqayıt – Rəvan 4:1
Qollar:
Aydın Qasımov, Ruslan Nəsirli, 54, 65. Aqşin Muxtaroğlu, 85 – Amid Hüseynov, 39.