18/11/2019

“Sumqayıt” FK-nın akademiyasından 3 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət


AFFA-nın aşağı yaş qrupları üzrə keçirdiyi liqalarda növbəti turun oyunları keçirilib. “Sumqayıt” FK-nın akademiyası baş tutmuş qarşılaşmalarda 3 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət əldə edib. Qeyd edək ki, U-17, U-16 və U-13 komandamız həftəni qələbə ilə başa vurub. Nəticələri diqqətinizə çatdırırıq:

U-17 Liqası
“Qəbələ” – “Sumqayıt” 2:3
Qollar:
Tural Axverdiyev, Dünyamalı Sevdimalıyev, Nihat Ağayev.

U-16 Liqası
“Sumqayıt” – “Zirə” 2:0
Qollar:
Mübariz Hüseynzadə, Əjdər Hacılı.

U-15 Liqası
“Sumqayıt” – “Sabah” 0:0

U-13 Liqası
“Sumqayıt” – “Xəzər Buzovna” 3:0
Qollar:
Toğrul Tapdıqlı (2), Əli Qurbanov.

U-12 Liqası
“Quba” İK – “Sumqayıt” 2:2
Qollar:
Əli Əhmədov (2).

U-11 Liqası
“Sumqayıt” – “Zirə” 2:3
Qollar:
Tamerlan İsazadə, Pünhan Kərimov.