16/11/2019

"Sumqayıt" - "Zirə" qarşılaşmasında hesab açılmadı


Yoxlama oyunu
"Sumqayıt" - "Zirə" 0:0

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt" FK yoxlama oyunu keçirib. Komandamız "Zirə" ilə qarşılaşıb. Zirə İdman Kompleksinin stadionunda keçirilən matçda qapılara qol vurulmayıb.

Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Çempionatda yaranmış fasilədən istifadə edib, yoxlama oyunu keçirdik. Liqada az şans verdiyimiz futbolçuları da iş başında görmək istəyirdik. Gələn həftə də bizi "Qarabağ"la çətin oyun gözləyir. Həftə ərzində yaxşı məşq edərək, qarşılaşmaya tam hazır olmağs çalışacağıq".