15/11/2019

"Sumqayıt" - "Qarabağ" qarşılaşması saat 19:00-da start götürəcək


Azərbaycan Premyer Liqasında 12-ci turun oyun cədvəli müəyyənləşib. Belə ki, bu turda keçiriləcək “Sumqayıt” – "Qarabağ" oyunu noyabrın 22-də "Kapital Bank Arena"da baş tutacaq və 19:00-da start götürəcək. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Bundan başqa, I Divizionun 11-ci turu çərçivəsində keçiriləcək olan "Sumqayıt-2" - “Zaqatala” matçı isə noyabrın 21-də "Kapital Bank Arena"nın ehtiyat meydançasında keçiriləcək. Qarşılaşma saat 14:30-da başlayacaq.

Azərbaycan Premyer Liqası, 12-ci tur
22 noyabr (cümə)

“Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”, 19:00 (CBC Sport, canlı)

I Divizion, 11-ci tur
21 noyabr (cümə axşamı)

“Sumqayıt-2” – “Zaqatala”
“Kapital Bank Arena” (ehtiyat meydança), 14:30