13/11/2019

“Sumqayıt” FK Azərbaycan Kubokunun 1/8 finalında “Zaqatala” ilə qarşılaşacaq


Bu gün AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə əsasən, “Sumqayıt” FK 1/8 final mərhələsində “Zaqatala” ilə qarşılaşacaq. Cütün qalibi 1/4 final mərhələsində “Neftçi” ilə qarşılaşacaq.
Qeyd edək ki, kubokun ilk mərhələsinin oyunları 4 dekabr tarixində keçiriləcək.