18/04/2012

“Sumqayıt” xatirə turnirində iştirak edəcək


“Sumqayıt” Futbol Klubunun 14 yaşadək futbolçulardan ibarət komandası “Neftçi” Peşəkar Futbol Klubunun fəxri prezidenti Aqil Paşayevin yubileyinə həsr olunmuş turnirdə iştirak edəcək. “Əlincə” İdman Klubunun təşkilatçılığı ilə keçiriləcək yarışda 8 klub 2 qrupda mübarizə aparacaq. U-14 komandamız B qrupunda “Neftçi”, “İnter” və AZAL-la qarşılaşacaq.

A qrupunda isə “Əlincə”, “Bakı kəndləri”, “Bakı” və Gürcüstandan dəvət olunacaq komanda iştirak edəcək.

A qrupu
1. Əlincə İK
2. Bakı kəndləri
3. Bakı
4. Gürcüstandan dəvət olunacaq komanda

B qrupu
1. Sumqayıt
2. Neftçi
3. AZAl
4. İnter