08/11/2019

Şəhriyar Əliyev və Mehdi Cənnətov əsas milliyə dəvət alıb


Avro-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Bakıda Uels, noyabrın 19-da isə səfərdə Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. "Sumqayıt" FK-nın 2 futbolçusu - Şəhriyar Əliyev və Mehdi Cənnətov yuxarıda qeyd olunmuş qarşılaşmalar üçün əsas millimizin heyətinə dəvət alıb.