07/11/2019

"Sabah" - "Sumqayıt" qarşılaşmasını İnqilab Məmmədov idarə edəcək


Azərbaycan Premyer Liqasında 11-ci turun hakim təyinatları açıqlanıb. “Sabah” – “Sumqayıt” qarşılaşmasını İnqilab Məmmədov idarə edəcək. Pərvin Talıbov və Rahil Ramazanov yan xətlərdə Məmmədova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Rövşən Rəcəbov olacaq.
Bundan başqa, I Divizionda 10-cu tur çərçivəsində keçiriləcək olan “Qarabağ-2” – “Sumqayıt-2” qarşılaşmasını Orxan Məmmədov idarə edəcək.
Qeyd edək ki, “Sabah” – “Sumqayıt” qarşılaşması 10 noyabr, saat 16:30-da “Bank Respublika Arena”da, “Qarabağ-2” – “Sumqayıt-2” qarşılaşması isə 8 noyabr, saat 17:00-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək.

Azərbaycan Premyer Liqası, 11-ci tur
10 noyabr (bazar)

“Sabah” – “Sumqayıt”
Hakimlər:
İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Bank Respublika Arena”, 16:30 (CBC Sport / canlı)

I Divizion, 10-cu tur
8 noyabr (cümə)

“Qarabağ-2” – “Sumqayıt-2”
Hakimlər:
Orxan Məmmədov, Vüqar Bayramov, Elmin Süleymanov, Vüqar Həsənli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 17:00 (pfl.az / canlı)