06/11/2019

4 futbolçumuz U-21 milliyə dəvət alıb


Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Sumqayıtdakı “Kapital Bank Arena”da Lixtenşteynin, noyabrın 19-da isə “Dalğa Arena”da yoldaşlıq oyununda Ukraynanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. "Sumqayıt" FK-nın 4 futbolçusu - Nicat Mehbalıyev, Səbuhi Abdullazadə, Süleyman Əhmədov və Elvin Cəfərquliyev yuxarıda qeyd olunmuş oyunlar üçün U-21 millinin heyətinə dəvət alıb.