15/04/2012

“Sumqayıt” “Kəpəz” üzərində inamlı qələbə qazandı


"Sumqayıt" - "Kəpəz" 2:0
15 aprel 2012. Saat 15:00. Dalğa Arena. 200 tamaşaçı
Baş hakim: Elçin Məmmədov
Baş hakimin köməkçiləri: İlham Əliyev, Elşən Acalov
Dördüncu hakim: Fərid Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Gülağa Cabarov
Sarı vərəqələr: Abdulla Abatsiyev, 22 (qeyri-idman hərəkəti); Murad Ağayev, 78 (hakimin qərarına etiraz) // Yuri Fomenko, 22 (qeyri-idman hərəkəti); Renat Sultanov, 69 (qeyri-idman hərəkəti)
Qollar: Ruslan Qurbanov, 42; 74
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

“Sumqayıt”
55. Andriy Popoviç
4. Samir Abbasov (k)
22. Ruslan Tağızadə
52. Bədavi Hüseynov
2. Slavik Alxasov
47. Abdulla Abatsıyev
25. Murad Ağayev
10. Eşqin Quliyev
(8. Emin Mustafayev, 67)
91. Ruslan Qurbanov
(27. Ramil Haşımzadə, 88)
9. Orxan Həsənov
(76. Uğur Pamuk, 67)
11. Kamil Nurəhmədov

Ehtiyat oyunçular:
1. Emil Balayev
50. Samir Abdulov
19. Orxan Əliyev
90. Yasin Abbasov

Baş məşqçi: Bernhard Raab

“Kəpəz”
88. Elşən Poladov
17. Renat Sultanov
15. Şahin Kərimov
4. Azər Məmmədov (k)
5. Əli İsmayılov
27. Pərvin Paşayev
(12. Mesallah Eslam, 59)
18. Nikolay Svejentsev
(23. Junivan Suares, 77)
8. Armand Feutchine
11. Sabir Allahquliyev
(14. Dmitri Parxaçov, 75)
10. Ceyhun Sultanov
30. Yuri Fomenko

Ehtiyat oyunçular:
22. Tural Abbaszadə
25. İon Arabadji
19. Zaur Əsədov
6. Vasif Əliyev

Baş məşqçi: Fuad İsmayılov

Unibank Premyer Liqasının son iki turunda heç-heçə edən (“Turan” və AZAL-la 1:1) “Sumqayıt” Futbol Klubu bu dəfə “Dalğa Arena”da “Kəpəz”i qəbul edirdi.
Qarşılaşmaya hücumlarla başlayan “Sumqayıt” debütdəcə hesabı açmağa yaxın oldu. Ruslan Qurbanovun zərbəsindən sonra rəqibin qapıçısı Elşən Poladov inamlı oyun nümayiş etdirdi.
Bu epizoddan bir qədər sonra Orxan Həsənovun cinah ötürməsi zamanı Kamil Nurəhmədov topu başla qapıya göndərsə də, “yuvarlaq meşin” dirəyin azca yanından keçdi.
Birinci hissə ərzində “Kəpəz”dən üstün oyun nümayiş etdirən Bernhard Raabın komandası 42-ci dəqiqədə hesabı açdı. Ruslan Tağızadənin sağ cinah ötürməsindən sonra Ruslan Qurbanov başla topu qapıdan keçirdi.
Komandamız ikinci hissəyə də hücumlarla başladı. Əvvəlcə Orxan Həsənov əlverişli vəziyyətdən yararlana bilmədi. Daha sonra Abdulla Abatsiyevin təxminən 20 metrlik məsafədən qapıya ünvanladığı top tirə tuş gəldi.
“Kəpəz”dən isə Ceyhun Sultanovun yerinə yetirdiyi cərimə zərbəsindən sonra Andriy Popoviç inamlı oyunu ilə yadda qaldı.
Qarşılaşmanın 74-cü dəqiqəsində “Sumqayıt” hesab arasındakı fərqi artırdı. Uğur Pamuk sağ cinahdan bir müdafiəçidən sıyrılaraq topu Murad Ağayevə ötürdü. Komandanın yeni transferinin zərbəsindən sonra qapı qarşısında nəzarətsiz qalan Ruslan Qurbanov bir toxunuşla topu tora qovuşdurdu.

Bernhard Raab (“Sumqayıt”ın baş məşqçisi): “İkinci dövrədə ilk qələbəmizi qazandıq. Bu qələbə bizə çox lazım idi. Son iki oyunda bəxtimiz gətirsəydi, qələbə qazana bilərdik. Növbəti qarşılaşmalardan da maksimum nəticə ilə ayrılmağa çalışacağıq. Futbolçuların özünə inamı baxımından bu gün vacib qələbə qazandıq”.

Fuad İsmayılov (“Kəpəz”in baş məşqçisi): “Komandam imkanlarından aşağı səviyyədə oyun nümayiş etdirdi. Çempionatın geridə qalan oyunlarında qələbə qazanmağa çalışacağıq. “Sumqayıt”ı qələbə münasibəti ilə təbrik edirəm”.