17/10/2019

16 yaşlılarımız “Xilə” üzərində qələbə qazanıb


AFFA-nın aşağı yaş qrupları üzrə keçirdiyi liqalarda növbəti turun oyunları keçirilib. “Sumqayıt” FK-nın U-16 komandası “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Xilə”ni qəbul edib. Zahir Əsgərzadənin yetirmələri 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, 16 yaşlılarımız növbəti tur - oktyabrın 24-də “Keşlə”nin qonağı olacaq.

U-16 Liqası
“Sumqayıt” – “Xilə” 3:0
Qollar:
Pərviz Kərimov, Rəhman Məmmədov, Sənan Ağayev.