16/10/2019

"Sumqayıt" FK "Səbail"lə oyunun hazırlıqlarını davam etdirir


Premyer Liqanın 8-ci turunda səfərdə "Səbail"lə qarşılaşacaq "Sumqayıt" FK oyun üçün hazırlıqlarını davam etdirir. Komandamız baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün saat 15:30-da "Kapital Bank Arena"nın ehtiyat meydançasında növbəti məşqini keçirib.
Təxminən 1.5 saat davam edən hazırlıq prosesində topla müxtəlif hərəkətlər və bir sıra taktiki gedişlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.

Qeyd edək ki, "Səbail" - "Sumqayıt" qarşılaşması 20 oktyabr, saat 19:30-da "ASCO Arena"da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.