16/10/2019

"Səbail" - "Sumqayıt" qarşılaşmasını Rəhim Həsənov idarə edəcək


Azərbaycan Premyer Liqasında 8-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Səbail" - "Sumqayıt" qarşılaşmasını Rəhim Həsənov idarə edəcək. Namiq Hüseynov və Cəmil Quliyev yan xətlərdə Həsənova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Rəşad Əhmədov olacaq.
Bundan başqa, I divizionun 7-ci turu çərçivəsində keçiriləcək olan "Sumqayıt-2" - "Turan Tovuz" qarşılaşmasını isə Vüqar Həsənli idarə edəcək.
Qeyd edək ki, "Səbail" – “Sumqayıt” qarşılaşması 20 oktyabr, saat 19:30-da "ASCO Arena"da, "Sumqayıt-2" - "Turan Tovuz" qarşılaşması isə 19 oktyabr, saat 15:00-da "Kapital Bank Arena"nın ehtiyat meydançasında baş tutacaq.

Azərbaycan Premyer Liqası, 8-ci tur
20 oktyabr (bazar)

“Səbail” – “Sumqayıt”
Hakimlər:
Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”, 19:30 (CBC Sport, canlı)

I Divizion, 7-ci tur
19 oktyabr (şənbə)

“Sumqayıt-2” – “Turan Tovuz”
Hakimlər:
Vüqar Həsənli, Eyyub İbrahimov, Vüqar Bayramov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Kapital Bank Arena” (ehtiyat meydança), 15:00