12/10/2019

“Sumqayıt” FK “Qarabağ”la yoxlama oyunu keçirib


Yoxlama oyunu
“Sumqayıt” – “Qarabağ” 1:1
Qollar:
İlqar Qurbanov, 24 – Maqaye Geye, 30.

“Sumqayıt” FK
13. Aydın Bayramov
3. Vurğun Hüseynov (k)
5. Cəmaləddin Xocaniyazov
6. Vüqar Mustafayev
9. Amil Yunanov
10. Əmir Ağayev
14. Elvin Bədəlov
22. Sərtan Taşqın
50. İlqar Qurbanov
90. Rəhim Sadıxov
97. Xəyal Nəcəfov

Meydana sonradan daxil olanlar:
2. Rail Məlikov
7. Ehtiram Şahverdiyev
8. Peyman Babayi
11. Elgün Nəbiyev
16. Fuad Bayramov
25. Baxşəli Baxşəliyev
49. İbrahim Əliyev
70. Mehdi Şərifi

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” FK bu gün yoxlama oyunu keçirib. Komandamız “Azersun Arena”nın ehtiyat meydançasında “Qarabağ”la üz-üzə gəlib.
Ayxan Abbasovun yetirmələri 24-cü dəqiqədə hesabı açıb. Belə ki, İlqar Qurbanovun dəqiq zərbəsi qolla nəticələnib. Lakin, 30-cu dəqiqədə Ağdam təmsilçisi hesabı bərabərləşdirməyə nail olub. İkinci hissədə qapılar toxunulmaz olaraq qalıb. Beləliklə, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Ayxan Abbasov (“Sumqayıt” FK-nın baş məşqçisi): “Yoxlama oyunu keçirməkdə əsas məqsədimiz bütün komandanı iş başında görmək idi. Oyun yaxşı keçdi. Ağır məşqlərdən sonra yoxlama oyununun vacib olduğunu düşünürəm. Futbolçulara bəzi tapşırıqlar verilmişdi. Ona görə də hər iki hissəni demək olar ki, fərqli heyətlə keçirdik. Ümumilikdə komandanın oyunundan razı qaldım. Gələn həftədən etibarən “Səbail”lə oyunun hazırlıqlarına başlayacağıq”.