10/10/2019

“Sumqayıt” FK məşqləri davam etdirir


7-ci turda “Keşlə” ilə qarşılaşmadan sonra 3 günlük istirahətə buraxılan “Sumqayıt” FK hazırlıqları bərpa edib. Komandamız baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün növbəti məşqini keçirib.
Milli komandalarda olan futbolçularımız – Mehdi Cənnətov, Şəhriyar Əliyev, Nicat Mehbalıyev, Səbuhi Abdullazadə, Süleyman Əhmədov, Elvin Cəfərquliyev və Rüfət Abdullazadə məşqdə iştirak etməyib. Zədəsini sağaldan Murad Xaçayev isə fərdi çalışma ilə kifayətlənib.

1.5 saat davam edən hazırlıq prosesinin ilk yarım saatında fitness zalında fiziki çalışmalar yerinə yetirilib. Məşqin ikinci hissəsi isə meydançada toplu hərəkətlərlə davam edib. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədə “Sumqayıt” FK yoxlama görüşü keçirməyi planlaşdırır. Rəqibin kimliyi barədə klubumuzun rəsmi saytında məlumat verəcək.